Azərbaycanlı qadın prodüser eks-sevgilisinə necə dəstək olduğunu açıqladı
21 Aprel 2013 13:32 (UTC+04:00)
Movqe.az-ın məlumatına görə, tanınmış prodüser Təranə
Səmədova illər öncə müğənni həyat yoldaşı Kərim Abbasovdan
boşandıqdan sonra başqa bir sənətçidən ciddi evlilik təklifini geri
çevirib:
"Həmin şəxs Murad Sadıx idi. O, ciddi evlilik təklifi
etmişdi. Tam sevgili olmasaq da, həmin ərəfədə Muradın dəstəyini
yetərincə hiss edirdim.
Lakin bu yol evliliyə qədər gedib çıxmadı, çünki ikimiz də dost
qalmağı üstün tutduq".
Təranə onu da əlavə etdi ki, sənət yolunda addımlamaqdan usanmayan
eks-sevgilisinə nə dəstək lazımdırsa, məmnunluqla ondan köməyini
əsirgəmir.