İranlı aradan çıxdı, azərbaycanlılar həbsxanaya göndərildi

22 Aprel 2013 11:43 (UTC+04:00)
Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində həbs olunublar. Hər iki şəxs və hazırda şəxsiyyəti istintaqla araşdırılan Abuzər adlı İran vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun ərazisinə gətiriblər.
Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri istiqamətində gizli daşıyarkən yaxalanıblar, onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək götürülüb.

Məhkəmənin hökmü ilə Ş.Həmidov 13 il, C. Kazımov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.