Təranə Qumral və Musa ANS-də öpüşdü (FOTO)

22 Aprel 2013 13:33 (UTC+04:00)

Təranə Qumral Musa Musayevi bağışlamayıb. ANS PRESS-in məlumatına görə, hal-hazırda "Günə Baxan" verilişinin qonağı olan qalmaqallı cütlük aparıcı İlqar Mikayıloğlunun suallarını cavablandırarkən belə deyib. 


Təranə Musanı bağışlamaq üçün zamana ehtiyacı olduğunu bildirib: "Bəli, biz barışmışıq, amma bu o demək deyil ki, mən onu bağışlamışam. Musanı bağışlamaq üçün zamana ehtiyacım var."


Baş verənlərdə hövsələsizliyini və qardaşlarını günahlandıran Musa Musayev də öz növbəsində Təranədən üzr istədiyini dedi: "Mən Təranədən yenə də üzr istədim. Məni bağışlanmasa da qəlbində təkcə odur".