Makrona qarşı sui-qəsdin qarşısı alındı

14 Noyabr 2018 21:00 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsdin qarşısı alınıb.

Movqe.az xəbər verir ki, bu məlumatı Fransa Təhlükəsizlik Xidməti yayıb. Sui-qəsdi planlayan şəxslərin sayının altı nəfər olduğu və onların həbs edildiyi bildirilib.

Qeyd edilir ki, hücumu radikallar planlaşdırıb.