Humanist ideyaların zirvəsi multikulturalizmlə işıqlanır

8 Noyabr 2018 09:40 (UTC+04:00)

Roma papası Fransisk Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edib. Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada məhv ediləcək: “Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun vacibliyini qeyt etmək istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”. Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırlayıb: “Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlamaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”. 

Azərbaycanda bərqərar olan və beynəlxalq aləmin yüksək qiymətləndirdiyi mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, etnik və dini tolerantlıq ölkədə aparılan milli siyasətin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycanın dünyada tanınmasına, milli mədəniyyətimizin təbliğinə şərait yaratmaqla yanaşı, ölkəmizin Şərq və Qərb sivilizasiyaları arasında körpü missiyasını yerinə yetirməsinə imkan verir. Multikulturalizm və multikonfessiallığın Azərbaycan modeli dünyada milli münasibətlərin kəskinləşdiyi, terrorizmin tüğyan elədiyi şəraitdə sülh və əmin-amanlığın ən optimal yolunu göstərir.  antitəbliğat işlərini fiaskoya uğradıb. Azərbaycanın tarixən tolerant və multikultural ölkə kimi Bu cür dəyərləri olmayan cəmiyyətdə heç vaxt tolerant münasibət ola bilməz. Tolerantlıq dinlərarası münasibətlərin və multikulturalizmin  bərqərar olmasında ilkin prinsiplərdəndir. Multikonfessial dəyərlər müasir dünyanın üz-üzə qaldığı problemlərin həllində mühüm rol oynayır. Təcavüzə məruz qalmasına və işğal olunmuş ərazilərimizdə məscidlərin ermənilər tərəfindən dağıdılmasına baxmayaraq, Azərbaycanda xristian və digər dinlərə tolerant münasibət mövcuddur. Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti uğurla həyata keçirilir.
Terror, dini və irqi ayrı-seçkiliklərin olmadığı bir ölkədə - Azərbaycanda yaşamaq çox gözəl hissdir. Müxtəlif dünyagörüşə, mədəniyyətə və inanca malik xarici vətəndaşlar  ölkəmizdə çox rahat şəkildə yaşayır, tez bir zamanda cəmiyyətə inteqrasiya oluna bilirlər. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birgə yaşamaları sahəsində böyük təcrübə var. Dünyada sülhün bərqərar olmasına töhfə vermək məqsədilə bu təcrübənin digər xalqlarla paylaşılması vacib olduğundan vu istiqamətdə tez-tez beynəlxalq tədbirlər təşkil edilir.
Prezident İlham Əliyevin  məqsədyönlü fəaliyyəti  nəticəsində  multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dövlət başçısının sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.  Bu o deməkdir ki, Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələri multikulturalizm istiqamətində müəyyən fəaliyyət göstərib, fikirlərini söyləyib,  Azərbaycan multikulturalizmini, yəni Azərbaycan insanının canına, qanına xas olan dəyərləri dünyaya çatdırmağa səy göstəriblər. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətdədir.
Həm dini və etnik məsələlər, həm multikulturalizm bir –biri ilə sıx əlaqəlidir. Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır, müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Əsrlər boyu bunlar bir- birinə xoş qardaşlıq münasibətləri sərgiləyiblər. İslam dini heç zaman başqa dinlərin nümayəndələrinə yuxarıdan aşağı baxmayıb. Biz müsəlman olmuşuq, amma Azərbaycanda yaşayan xristianlara, yəhudilərə səmavi dinlərin nümayəndəsi kimi həmişə müsbət münasibət bəsləmişik.  Bütün bu insanlar arasında olan münasibət, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinə münasibət əsrlərdən bəri Azərbaycan yazıçılarının və şairlərinin əsərlərində öz təsvirini tapıb.
Bu gün Azərbaycanda müsəlmanlarla yanaşı xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal tolerant münasibətlə yanaşı yaşamaqdadırlar. Azərbaycanda multikultural mühit hətta elə bir inkişaf səviyyəsinə çatıb ki, buradaki məzhəblərin nümayəndələri də bir –biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər. Məsələn, İslam dünyasında sünni-şiə münasibətləri haqda ayırıcı düşüncələr olmasına baxmayaraq, bu gün Azərbaycan sünniləri və Azərbaycan şiələri bir cərgədə namaz qılırlar. Müxtəlif dinlərə məxsus insanların bir -birinə belə mehriban münasibəti bəzən kənardan təəcüblü görünür. Milli münasibətlərin Azərbaycan modelində isə əsrlər boyu xristianlarla, yəhudilərlə bir yerdə müsəlmanlar bir yerdə yaşayıb, inkişaf ediblər.
Hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris edilir. Xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Onlar burada Azərbaycan tarixini, ədəbiyyatını, psixologiyasını, mədəniyyətini, mənəviyyatını və ictimai-siyasi durumunu öyrənirlər. Azərbaycanın multikultural dəyərlərini dərindən mənimsəyən və sevən Almaniya, Portuqaliya, İsveçrə, Litva, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Yunanıstan, İndoneziya, Bolqarıstan, Çexiya və Polşa universitetlərindən olan gənclər öz təşəbbüsləri ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini yaradıblar. İndiki dövrdə sünyanın dinlərarası təhlükəsizliyə böyük ehtiyacə var və Azərbaycan bu işə öz yaşan tərzi, siyasəti və əməli fəaliyyəti ilə öz töhfələrini verir.
N.NOVRUZ