Yeni təhsil naziri işçilərə təqdim edilib

22 Aprel 2013 14:38 (UTC+04:00)

Yeni təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin işçilərinə təqdim edilib. Modern.az saytının xəbərinə görə, hazırda Təhsil Nazirliyində geniş iclas keçirilir və prezidentin sərəncamı ilə yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarov nazirliyin işçilərinə təqdim edilir.


Məlumatı Təhsil Nazirliyindən də təsdiqləyiblər. İclas hazırda davam edir və bütün şöbə rəhbərləri toplantıda iştirak edirlər.


Qeyd edək ki, aprelin 19-da prezidentin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib və onun yerinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təyin olunub.