Mahsun Kırmızıgülün anasının 1.5 milyon lirəlik qızıl əşyaları oğurlanıb

8 Noyabr 2018 15:34 (UTC+04:00)

Tanınmış müğənni Mahsun Kırmızıgülün anası 85 yaşlı Faika Arıkın evindən 1.5 milyon lirə dəyərində qızıl zinət əşyaları oğurlanıb.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, qarətçi qısa müddət ərzində evdən oğurladığı qızıl zinət əşyaları ilə saxlanılıb.

Məlumatda qeyd olunur ki, oğurluq edən şəxs F.Arıkın evində xadimə işləyən Türkmənistan vətəndaşı olub.