Göygöldə iki maşın toqquşdu, ölən var

10 Noyabr 2018 18:19 (UTC+04:00)

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Movqe.az-a  verilən məlumata görə, noyabrın 9-da saat 20 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Röyal Hacıyevin və Elməddin Abdullayevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.

 

Nətiсədə R.Hacıyevin sərnişini, Qızılca kənd sakini Xalidə Bağırova hadisə yerində ölüb, E.Abdullayevin sərnişini Ruslan Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.