Suraxanıda evlərdən su sayğaclarını oğurlayan şəxs saxlanılıb

10 Noyabr 2018 20:35 (UTC+04:00)

Suraxanıda evlərdən su sayğaclarını oğurlayan şəxs saxlanılıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb.