Türkiyədə miqrantların qayığı batdı

12 Noyabr 2018 15:49 (UTC+04:00)

Türkiyənin İzmir əyaləti yaxınlığında içərisində qeyri-leqal miqrantların olduğu qayıq batıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, qayıqda 12 miqrant olub.

Onlardan 2 nəfəri sahilə çıxa bilib. Hazırda digər 10 nəfərin xilas edilməsi üçün əməliyyat keçirilir.

 

Xatırladaq ki, ötən ay İzmir sahillərində daha bir qayığın batması nəticəsində 30 miqrant həlak olmuşdu.