Toyu tərk edib zəlzələ xəbərini təqdim etdi

22 Aprel 2013 17:22 (UTC+04:00)

Çinin Siçuan əyalətində şənbə günü səhər saat 08.02 -də baş verən 7 bal gücündəki zəlzələdə ölü sayının 203 olduğu, yaralı sayının isə 10 mini keçdiyi açıqlanıb. Movqe.Az-ın məlumatına görə, zəlzələ zamanı toyu olan televiziya müxbiri Çen Yinq, zəlzələ baş verən zaman toyu tərk edib gəlinliklə zəlzələ xəbərini təqdim edib. Çen, çaxnaşma halında evlərindən küçələrə çıxan insanlarla danışıb. Peşəkarcasına xəbər təqdim edən Çenin, təşvişə düşmədən yayımı davam etdirməsi ölkəsində təqdirəlayiq şəkildə qarşılanıb. Çen, səlahiyyətlilərdən aldığı hər məlumatı izləyənlərlə paylaşıb. Axtarış və xilasetmə işlərinin davam etdiyi bölgədə, çox sayda binanın dağıldığı və ziyan gördüyü bildirilib. Çin Zəlzələ Şəbəkələri Mərkəzi, bölgənin 13 şəhər və 69 qəsəbəsində, 1.5 milyon adamın zəlzələdən təsirləndiyi xəbərini qeyd edib.