Bakıda həmcinslərinə qənim kəsilən qadın ələ keçdi

12 Noyabr 2018 17:13 (UTC+04:00)

Movqe.az Publika.az-a istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Gülnarə Novruzovanın ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 20-də paytaxt sakini olan bir qadının çantasından 380 manat və sənəd oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş G.Novruzovanın daha 2 qadının çantalarından pul, qızıl boyunbağı və sənəd oğurlaması da müəyyən edilib.

Bundan başqa G.Novruzovanın ətrafında Nərimanov RPİ 17-ci PB və 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 qadının çantalarından pul, qızıl boyunbağı və sənəd oğurlaması da üzə çıxıb.