Fatih Terim əməliyyat olundu

12 Noyabr 2018 18:30 (UTC+04:00)

Movqe.az Report-a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis sinusitdən (burnunun selikli qişasının bir və ya bir neçə əlavə boşluqlarının iltihabı) əziyyət çəkdiyi üçün cərrahi müdaxiləyə ehtiyac duyulub. Klubdan əməliyyatın uğurlu keçdiyi bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray"ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. "Cim-bom" hazırda 23 xalla 2-ci pillədə qərarlaşıb. O, "Fənərbağça" ilə 2:2 hesabı ilə başa çatan matçdan sonra 7 oyunluq cəzalanıb.