İzmir sahillərində qayığın batması nəticəsində 13 qaçqın itkin düşüb

12 Noyabr 2018 19:00 (UTC+04:00)

Egey dənizinin İzmir hissəsində Dikili rayonu ərazisində qaçqınları daşıyan qayığın çevrilməsi nəticəsində 2 nəfər həlak olub, 13 nəfər itkin düşüb.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, batmaqda olan iki nəfəri balıqçılar xilas edib. Onların sözlərinə görə, qəzaya uğrayan qayıqda biri İran, 14-ü Əfqanıstan vətəndaşı olmaqla 15 nəfər olub. Aralarında üçünün uşaq olduğu 13 itkinin axtarışı davam edir. Türkiyənin sahil mühafizə xidməti axtarış işlərini gücləndirmək üçün qəza bölgəsinə əlavə qüvvə göndərib.