Bir gündə iki piyada qəzada ölüb

13 Noyabr 2018 12:37 (UTC+04:00)


Noyabrın 12-də saat 19 radələrində Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində Gərənə kənd sakini İlqar Qarayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Şamo Yusifovu və Şamo Rüstəmovu vurub.
DİN-dən Movqe.az-a verilən xəbərə görə, nəticədə Ş.Rüstəmov hadisə yerində ölüb, Ş.Yusifov xəstəxanaya yerləşdirilib. 

Bundan başqa noyabrın 12-də saat 5 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkirşəhər sakini Vüqar Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.