Rusiyada sirkdə bəbir uşağa hücum etdi

13 Noyabr 2018 15:34 (UTC+04:00)

Rusiyada sirkdə bəbir 4 yaşlı uşağa hücum edib. 

Movqe.az interaz-a istinadla xəbər verir ki, REN TV telekanalı hücum anının videosunu yayıb. 

Hadisə heyvan təlimçisi bəbiri dəhlizə çıxararkən baş verib. 

Uşaqlar yaxın məsafədə olduğundan vəhşi heyvan fürsəti əldən verməyib. 

Uşaq ciddi xəsarət almayıb. Heyvan təlimçisinə isə ciddi töhmət verilib.