Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu - video

14 Noyabr 2018 09:45 (UTC+04:00)

Ukrayna millisinin və Donetsk Shakhtar-un futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin Mavi əbədiyyət ("Sinyaya veçnost") mahnısını ifa edib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi məşhur musiqini yığmanınUEFA Millətlər Liqasında qrup qalibi adını vaxtından əvvəl qazanaraq, elit diviziona və "play-off"a vəsiqə qazanması şərəfinə səsləndirib.

Krivtsovun komandaya dəstək məqsədilə oxuduğu mahnı gur alqışlarla qarşılanıb.