Sumqayıtda güclü yanğın: 60 nəfər təxliyə edilib

14 Noyabr 2018 11:34 (UTC+04:00)

Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.