“Döyülən qadınları günahı kişilərdədir” - Oqtay Əliyev

14 Noyabr 2018 12:11 (UTC+04:00)

Movqe.az Axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor və prodüser Oqtay Əliyev ARB TV-nin “Pəncərə” proqramına açıqlamasında deyib. Qadına şiddətdən danışan Əliyev kişiləri günahlandırıb:
 
"Bundan sonra çıxıb ictimailəşdirmək düzgün deyil. İndi kiminsə stəkanı qırılırsa, çıxıb deyir ki, stəkanım qırıldı. Qadın çıxıb efirdə deyir ki, həyat yoldaşınız sizə çəp baxdısa, qapını çırpıb gedin. İndi bunu təbliğ edirlər. Əslində başqa şeyi təbliğ etməlidirlər".