Tam qaranlıq olmayan otaqda yatmaq təhlükəlidir

14 Noyabr 2018 12:21 (UTC+04:00)

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, Tam qaranlıq otaqda yatmayan insanlarda ürək-damar və onkoloji xəstəliklərin inkişafı riski artır.

Lomonosov adına Moskva Dövlət Universiteti tibbi mərkəzinin rəhbəri həkim-kardioloq Aleksandr Kalinkinin dediyinə görə, işıq yuxu hormonu olan melatoninin əsas tənzimləyicisidir. Tam qaranlıq otaqda yatan insanın orqanizmində melatonin daha aktiv şəkildə istehsal olunur. 

Məhz melatonin hormonu bizi ürək-damar və onkoloji xəstəliklərin inkişafından qoruyur. 

Ekspert gecə lampaları və s. bu kimi vasitələrdən istifadə etməməyi, tam qaranlıqda yatmağı tövsiyə edir.