Nazir müavini: Azərbaycan və Belarus beynəlxalq arenada həmrəylik nümayiş etdirirlər

14 Noyabr 2018 17:12 (UTC+04:00)

Azərbaycan və Belarus arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. İki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.

Movqe.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko deyib.

Onun sözlərinə görə, Azərbaycan və Belarus beynəlxalq arenada həmrəylik nümayiş etdirirlər. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Hazırda isə Azərbaycan və Belarusun birgə layihələrinin üçüncü ölkələrin bazarlarında uğurlu tətbiqi müzakirə edilir.