Taksi sürücüsü: "Mahnı oxumağım müştəriləri narahat etmir" - VİDEO

15 Noyabr 2018 14:57 (UTC+04:00)

Saat 10-11 arası mahnı ifa etmək vaxtımdır. Mahnı oxumağım müştəriləri narahat etmir. Əksinə, əhvalı olmayan kimsə avtomobilimə əyləşsə, düşəndə artıq yüksək əhval-ruhiyyəsi olur.

Bu sözləri 43 yaşlı, heç bir musiqi təhsili olmayan taksi sürücüsü Vüsal Baxşıyev deyir.

Vüsal bildirir ki, əvvəllər evdə çox mahnı ifa edib, ancaq evdəkilər artıq səsindən bezdikləri üçün o, taksidə ifa edir. Ən böyük arzusu "O Səs Türkiyə"də iştirak etməkdir. 

Movqe.az Milli.Az-a istinadən  Baku TV əməkdaşlarının hazırladığı videomüsahibəni təqdim edir: