"Burnun yaman yekəlib" - Aparıcı Mənzurəni ələ saldı

15 Noyabr 2018 21:34 (UTC+04:00)

Müğənni Mənzurə Musyaeva "Səhər-səhər" verilişinə qonaq olub. 

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, burnunu üçüncü dəfə plastik əməliyyat etdirən ifaçı onu böyütdürdüyünü söyləyib. Aparıcı Elgiz Əkbər isə Mənzurənin burnunu ələ salıb:

"Təzə burnun mübarəkdir. Amma yaman yekəlib. Camaat balacalaşdırır, səninkini böyüdüblər. Balaca idi, yekəltdilər.

Mənzurə isə nəfəs ala bilmədiyini söyləyib:

"Nəfəs ala bilmirdim, böyütdürdüm. İndi də nəfəs ala bilmirəm. Nəsə ediblər, inanıram yaxşı olacaq. Bir ayı tamam olmayıb, yəqin ona görədir. Quruluşu önəmli deyil, əsas nəfəs ala bilim".