Elgiz plastik əməliyyatın qurbanı olub

15 Noyabr 2018 22:38 (UTC+04:00)

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü deyib. "Səhər-səhər" verilişində Elgiz bildirib ki, əməliyyat zamanı həkimlər onun burnunu zədələyiblər:

"Mənim də burnum əməliyyat edilib. Estetik yox, çəpər əyriliyini düzəltdirmişəm. Nəfəs almaqda problemim var idi. Böyük dərtdir. Nə qədər xərcim çıxdı. İstanbulda edilmişdi. Beynimə oksigen getmirdi, gecə yata bilmirdim, xoruldayırdım. Amma həkimlər qoxubilmə orqanımı zədələyiblər. İndi mən iy bilmirəm".