Tovuzda 2 otaqlı ev yanıb

16 Noyabr 2018 10:49 (UTC+04:00)

Tovuzda 2 otaqlı ev yanıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, rayonun Qovlar şəhərində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yüksək temperaturdan 1 otağın tavanı 4 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.