Ordumuzun hərbçisi intihar edib

23 Aprel 2013 11:07 (UTC+04:00)

Xətai Rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, hadisə Naximov küçəsində qeydə alınıb.

 

Həmin ünvanda yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib.

 

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.