Saleh Məmmədov: Dekabrın 10-na qədər Babək prospektində işlər tam yekunlaşacaq

16 Noyabr 2018 16:15 (UTC+04:00)

Bakının Xətai rayonu, Babək prospektində yenidənqurma işləri davam etdirilir.

Movqe.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Agentlik rəhbəri bildirib ki, həmin prospektdə işlər yekunlaşmaq üzrədir: "Hazırda işlərin çox hissəsi yekunlaşıb. Prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri aparılır. Dekabrın 10-na qədər Babək prospektində işlər tam yekunlaşacaq və yol tam istifadəyə veriləcək".