İstehlaka yararsız məhsullar məhv edilib

23 Aprel 2013 11:16 (UTC+04:00)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nərimanov rayonunda

- A.Nemətulla küçəsi, ev 68 ünvanında Bəhruz Əsgərova məxsus "Sevimli Dad" mağazasında;

- Ə.Əliyev küçəsi, ev 26 ünvanında Fəxrəddin Səmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.



Nərimanov rayonunda

- Orucəliyev küçəsi, 152-ci sahə, 1934 məhəllədə Ələkbər Əliyevə məxsus "Alfa" mağazasında;



Xətai rayonunda

- A.Cəlilov küçəsi, ev 23 ünvanında "Nərgiz-01" kiçik müəssisəsinə məxsus mağazada;



Nizami rayonunda

- C.Naxçivanski küçəsi, ev 12 ünvanında Asif Şumalova məxsus "Aztur" mağazasında;



Xaçmaz şəhərində

- Xaçmaz-Xudat yolunda Bünyad Qurbanova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.

Ümumilikdə, monitorinqlər zamanı 70 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.