Bakıda restoranda yanğın olub, 20 nəfər təxliyə edilib

17 Noyabr 2018 12:35 (UTC+04:00)

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.

FHN-dən "Movqe.az-a daxil olan məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.