Milan kapitanını da itirdi

17 Noyabr 2018 15:40 (UTC+04:00)

Milan-ın kapitanı Alessyo Romanyoli İtaliya yığmasının düşərgəsində zədələnib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Millətlər Liqasında Portuqaliya ilə qarşılaşacaq İtaliya Alessyo Romanyolini klubunun düşərgəsinə yola salıb. Buna səbəb Romanyolinin zədələnməsi olub. 23 yaşlı müdafiəçinin zədəsinin müddəti hələ açıqlanmayıb. Qeyd edək ki, Romanyolinin zədələnməsi ilə, Milan 1 ay ərzində 3-cü mərkəz müdafiəçisindən mərhum olub. Bundan öncə Musakkyo və Kaldara da zədələnmişdilər.