Gəncədə 17 yaşlı qız itkin düşdü

18 Noyabr 2018 12:35 (UTC+04:00)

Gəncədə yeniyetmə qız itkin düşüb.

Movqe.az trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Ələkbər Seyfi küçəsində baş verib.

Həmin küçədə yaşayan Nağıyev Arzu Bayram oğlu Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, 2001-ci il təvəllüdlü Nağıyeva Günay İsrafil qızı noyabrın 16-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.