Bu il Azərbaycanda 43 640 insan dünyasını dəyişib

19 Noyabr 2018 07:00 (UTC+04:00)

Cari ilin doqquz ayı ərzində Azərbaycanda 43 640 ölüm halı qeydə alınıb.

Movqe.az Trend-ə istinadən bildirir ki, 1 000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Hesabat dövründə ölkədə yeni doğulan körpələrin sayı isə 103 371 nəfər təşkil edib.

Ümumilikdə Azərbaycan əhalisinin sayı 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb.