“Tikanlı” kontakt linzalar icad edilib

18 Noyabr 2018 23:30 (UTC+04:00)

Çin alimləri göz xəstəliklərinin müalicəsi üçün miniatür “tikanlı” kontakt linzalar hazırlayıblar.

Movqe.az Trend-ə istinadən bildirir ki, linzanın itilənmiş kiçik piramidaları tədricən əriyən materialdan hazırlanıb və bu proses su ilə təmasda olduqda baş verir.

“Tikan”larda olan dərman səthi qişaya toxunmadan birbaşa gözün daxilinə nüfuz edir və bir neçə gün ərzində tamamilə həll olur.