Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib

18 Noyabr 2018 22:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.

Movqe.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusıy və digər rəsmi şəxslər qarşıladılar.