Azərbaycan daha bir reytinqdə mövqeyini yaxşılaşdırıb

19 Noyabr 2018 13:33 (UTC+04:00)

Azərbaycan Ümumdünya Enerji Şurası tərəfindən tərtib olunmuş “Enerji trilemması indeksi”ndə öz mövqeyini yaxşılaşdırıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan reytinqdə 125 ölkə arasında 25-ci sırada yer alıb.

Ötən il ölkə 31-ci yerdə qərarlaşmışdı.

“Enerji trilemması indeksi”ndə ölkələrin enerji göstəriciləri 3 meyar üzrə dəyərləndirilir: enerji təhlükəsizliyi, enerji kapitalı və ekoloji dayanıqlılıq.