Gənclər üçün www.karyeram.az internet portlı yaradıldı

23 Aprel 2013 13:25 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə çərçivəsində "Demokratik Gənclər İctimai Birliyi tərəfindən "Peşələri məsafədən seçək"! distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi həyata keçirilir. 


Mövqe.az-ın Gənclər və İdman Nazirliyindən aldığı məlumata görə, layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.7. yarımbəndinin (müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrasını nəzərdə tutur.


Layihə çərçivəsində www.karyeram.az internet portal hazırlanıb. Peşə seçimi ilə bağlı yaradılan internet portalda gənclər öz CV-ni yerləşdirə bilərlər. Gənclər portal vasitəsi ilə özlərinin bacarıqlarının hansı istiqamətə daha uyğun olduqlarını müəyyən edilməsi, müxtəlif iş və peşə seçimi imkanları, distant təhsil vasitəsi ilə müxtəlif kurslardan keçmə imkanlarına, eyni zamanda interaktiv məlumat – məsləhət xidmətlərinin alması kimi imkanlara malik olacaqlar.


Bu portalda  interaktiv elektron resurslar, gənclərin karyera hazırlığı ilə əlaqədar video çarxlar öz əksini tapıb. Bu portalda gənclər üçün, maraqlı biznes ideyalar, qrant müsabiqələri, iş yerləri haqqında məlumatlar da öz əksini tapıb.