Neymar özündən çıxdı: "Axmaq jurnalistlər..."

19 Noyabr 2018 14:37 (UTC+04:00)

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Fransanın France2 telekanalı azarkeşlərin alqışına görə Neymara klub tərəfindən pul ödənildiyini deyib. "Football Leaks"ın iddialarına görə isə, braziliyalı jurnalistlərə xoş münasibətə görə də klubdan müəyyən faiz alır. Hücumçunun indiyədək PSG-dən 375 min avro aldığı bildirilib. Braziliyalı xəbəri yayan jurnalistləri “axmaq” adlandırıb: “Bilmirəm nə deyim. Axmaq jurnalistlərin dezinformasiyasından yorulmuşam. Yaxşı ki, səbr etməyi bacarıram”.

İddialara görə, Paris klubu analoji davranışa görə Killian Mbappe, Anxel di Mariya və Dani Alveşə də pul ödəyib.