Bakıda avtomobil piyadanı vuraraq öldürüb

20 Noyabr 2018 11:02 (UTC+04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Movqe.az Report-a istinadən xəbər verir ki, Xəzər rayonu, Qala qəsəbəsində Mahir Əmirov idarə etdiyi “Renault” markalı maşınla yolu keçən 56 yaşlı Fikrət Şahbazovu vurub.

 Piyada hadisə yerində ölüb.

 Faktla bağlı araşdırma aparılır.