Fövqəladə hallar naziri Gəncədə qəza baş vermiş əraziyə gəlib

20 Noyabr 2018 11:30 (UTC+04:00)

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.

Movqe.az  FHN-ə istinadən məlumat verir ki, Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​