Xərçəng xəstəliyinə qarşı məhsullar

23 Aprel 2013 16:00 (UTC+04:00)
Alimlər iddia edirlər ki, sənin xoşladığın üç məhsul (əgər sən onları müntəzəm olaraq qaydasında qəbul etsən) səni xərçəngin müxtəlif növlərindən qoruyar. Movqe.Az sizə həmin 3 qidanı təqdim edir:

1. Şokolad - tərkibidə olan flavonoidi maddəsi melanomadan müdafiə edir. Gün ərzində 3 parça şokolad və ya 1 fincan təbii kakao kifayətdir. Qeyd: Söhbət qara şokoladdan gedir.

2. Pomidor - tərkibində olan likopin maddəsi sizi mədə və bağırsaq xərçəngindən qoruyar. Gün ərzində 3 pomidor  və ya 1 stəkan tomat şirəsi içmək kifayətdir.

3. Kofe - tərkibində olan kofein qadınları uşaqlıq boynu xərçəngindən qoruyur. Gün ərzində 2 kiçik stəkan espresso və ya 1 böyük stəkan kapuçino içməyiniz məsləhətdir.