"Google" 23 aprel Milli Suverenlik və Uşaq Bayramını unutmadı

23 Aprel 2013 16:12 (UTC+04:00)

"Google", 23 aprel Milli Suverenlik və Uşaq Bayramını qeyd etməyi unutmayıb. Movqe.az Türkiyə mediasına istinadən xəbər verir ki, 23 aprelə aid Google loqosu hazırlayıb. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi tətil günlərindən və milli bayramlarından biridir.Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən bütün dünya uşaqlarına hədiyyə edilib. 23 aprel Milli Suverenlik və Uşaq Bayramının milli bayram olaraq qeyd edilməsinin səbəbi Türkiyə Böyük Millət Məclisinin (TBMM) 1920-ci ildə o gün açılmış olmasıdır. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramının bu günki rəsmi adı, 1980-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən verilib. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını "Google" da unutmayıb. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı üçün Google da xüsusi bir loqo hazırlayıb.Google logosunun "o" hərfləri əvəzinə bir qız və bir oğlan rəsimləri  qoyulub.