Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb

22 Noyabr 2018 12:00 (UTC+04:00)

 Azərbaycan Milli Məclisinin (MM) sədriOqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri başa çatıb.

Parlamentin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, nümayəndə heyəti Bakıya qayıdıb.

Xatırladaq ki, noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib. O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.