Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmaqda davam edir

24 Aprel 2013 11:02 (UTC+04:00)


Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.