Elmar Məmmədyarov İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb

24 Aprel 2013 13:14 (UTC+04:00)

23 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. 

 

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq bildirilib və bu səfərin ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb. 

 

Görüş zamanı Yaxın Şərq regionunda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.