Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə VACİB XƏBƏRDARLIQ

29 Noyabr 2018 18:00 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edir.

Movqe.az  xəbər verir ki, xəbərdarlıqda sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları bildirilib.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.
Agentlik sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edib.