«Cəsurlar» finalda yarışacaqlar

24 Aprel 2013 17:03 (UTC+04:00)

Aprelin 26-27-də Bakıda "Cəsurlar" hərbi-idman və turizm oyununun respublika final yarışı keçiriləcək.


 Mövqe.az-ın Gənclər və İdman Nazirliyindən aldığı məlumata görə, tədbir iştirakçıları yarışın ilk günü, aprelin 26-da saat 16:00-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanı ziyarət edəcəklər. Aprelin 27-də saat 10:00-da isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yarışın açılış mərasimi keçiriləcək.


Mərasimdə dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də millət vəkillərinin iştirak edəcəyi gözlənilir