"Paylaşımlarına görə Kamili sildim" - Gülay

3 Dekabr 2018 15:26 (UTC+04:00)

"Məşhəd ziyarətinə getmişdik. Qızımın tutması tutmuşdu, qayıtdı mənə ki, sən pissən. Elə pis oldum, oturub o qədər ağladım ki... 30 yaşıma qədər belə pis olmamışdım. Bakıya qayıdanda anam qızımla danışdı, gəlib məndən üzr istədi".
Movqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı "X maqazin"ə açıqlamasında deyib. Sənətçi ayrıldığı deyilən idmançı əri Kamil Zeynallıdan danışıb. Gülay onu sosial şəbəkədə izləməməyinin səbəbini açıqlayıb:

"İnstaqram açan gündən heç kimi izləməyib. Mən də ulduz adamam, niyə izləyim? Kamil İnstaqram-da əsəbiləşib başqa şeylər paylaşırdı. Zəng vurub deyirdim, silmirdi. Deyirdi ki, əcəb etmişəm. Mən də götürmürdüm bunları. Ona görə də onu izləmədən sildim".