Necə asqırdığını söylə, kim olduğunu deyim

24 Aprel 2013 17:17 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da aparılan yeni bir araşdırma asqırma stilimizin xarakterimizi əks etdirdiyini göstərib. Araşdırmaya görə ünsiyyətcil kəslər yüksək səslə asqırır, utancaq kəslər isə asqıraranda diqqət çəkmək istəmir və mümkün qədər az səs çıxarır. Araşdırmanı həyata keçirən Çikaqlu nevroloq Dr. Alın Hirsç "Asqırmaq da qəhqəhə çəkərək gülmək kimidir. Çox fərqli növləri var və insanların xarakteriylə əlaqədar bizə çox şey söyləyir "deyib. Elm  adamları asqırmağın fiziki bir refleks olduğunu və nəzarət edilə bilməyəcəyini, lakin "necə" asqıracağımızı təyinetmə şansına sahib olduğumuzu söyləyir. Çikaqodakı Northwestern Fienberg Tibb Məktəbindən Qulaq Burun Boğaz eksperti Dr. Cordn Siegel, "asqırma nəzarətimiz xaricində olan bir şeydir. Bədənimizin zərərli və narahatedici  bakteriya və tozcuqlardan xilas olma üsuludur. Lakin asqırmağın nə qədər qüvvətli olacağını, necə bir səs çıxaracağına nəzarət etmək mümkündür "deyib. Əvvəllər asqırıqların gücünü və nə cür gurultulu olduğunu şəxsin burun quruluşunu və üz şəklinin təyin etdiyinə inanılırdı. Son araşdırmalar isə asqırmağın fiziki deyil psixoloji məlumatlar sayəsində formalaşdığını göstərir.