Azərbaycan və İran kosmik sahədə əməkdaşlığa başlayır

4 Dekabr 2018 13:18 (UTC+04:00)

Azərbaycanla İran arasında kosmik əməkdaşlıq başlamaq üzrədir.

Movqe.az Report-a istinadən bildirir ki, bunu İranın rabitə naziri Məhəmməd Cavad Cəhromi bildirib.

“Hazırda İranın Azərbaycana məxsus peyklərdən istifadə etməsi ilə bağlı danışıqlar aparırıq. Bundan başqa, İran peyklərin istehsal texnologiyasına malikdir. Bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilərik. Təklifimiz bundan ibarətdir ki, hər iki ölkənin elmi araşdırmaları ilə birgə peyk hazırlansın”, - deyə o, qeyd edib.