Oğlu Zaurun kartından 800 manat götürüb: "Döyməklə düzəlməz"

4 Dekabr 2018 19:04 (UTC+04:00)

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Kamal "5/5" verilişində deyib. O, oğlunun onun kartından 800 manat pul götürməsindən danışıb:

"Bu gün kartdan bizim uşaq 800 manat pul çıxardıb. İnternetdə oyun kartlarıdı nədi, nə bilim. 49 dollar bir, 59 dollar bir, 70 dollar bir. Toplam 800 manatlıq. Alışmayım neyləyim? İndi gedəndə görüm mənə nə cavab verəcək. Evdəkilərə dedim heç nə deməsin. Əsəbimdən bilmirəm nə edim. 800 manatı boş-boş oyunlara xərcləyib. Döyməklə əmələ gəlməz uşaq. Amma nə isə etmək lazımdır.

Bu gün zəng etmişəm banka. Deyir "Sənin kartın kimdə olub? Kimin əlində olub, o da xərcləyib". Sonra baxıram ki, oyunlara xərcləyib o qədər pulu. Buradan üzümü valideyinlərə tutub demək istəyirəm ki, uşağa bank kartı filan göstərməyin. Uşaqlar çox şeyə qadirdir. Günah bizdədir ki, bahalı telefon alıb veririk. Ona sözümü evdə deyəcəm".

Qeyd edək ki, Zaurun Bartu və Rüstəm adlı iki oğlu var.